Hadisə 

Mingəçevirdə krevet tutmaq istəyən 80 yaşlı kişi öldü

Mingəçevirdə yaşlı kişinin meyiti aşkar edilib .

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin “Nar kolluğu” adlanan ərazisində baş verib.

Mingəçevir şəhər sakini, 1940-cı il təvəllüdlü Bayramov Nizamət Yusif oğlunun meyiti tanışı Viktor Qribovun həyətyanı sahəsində Kür çayında krevet tutmaq üçün özünə məxsus qayığı təmir edərkən ürəyi tutub. Köməksiz vəziyyətdə qalan N.Bayramov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər