Dünya 

Rusiyaya məxsus təyyarə sərnişinə görə təcili eniş etdi

Rusiyanın Çelyabinsk vilayətindən Moskvaya uçan “Ural Hava Yolları”na məxsus təyyarə təcili olaraq Kazana eniş edib.

Bu barədə “İnterfaks” xəbər yayıb.

Bildirilir ki, eniş sərnişinlərdən birinin infarkt keçirdiyinə görə baş verib.

Təcili yardım maşını Kazan hava limanından 61 yaşlı kişini xəstəxanaya aparıb.

Onun vəziyyəti barədə məlumat verilmir.

Daha çox xəbərlər