Kriminal 

Bakıda keçmiş məhkum HƏBS EDİLDİ

Nəsimi rayonunda adam bıçaqlamaqda şübəhli bilinən şəxs saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, hadisə martın 2-də paytaxtın Nəsimi rayon Füzuli küçəsində qeydə alınıb.

Həmin küçədə 32 yaşlı şəhər sakini V.Vəliyev qarın nahiyyəsindən bıçaqlanıb.

Paytaxt ərazisində yerləşən xəstəxanaların birinə çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət daxil olub.

Daxil olan müraciət əsasında Nəsimi RPİ-nin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.”Ölkə.Az”

Daha çox xəbərlər