VTB: Koronavirus təhlükəsi Azərbaycan və Rusiya arasındakı işgüzar fəallığa təsir göstərmir
Bugünkü gün koronavirusun Azərbaycanla Rusiya arasında iqtisadi fəallığa hər hansı bir təsiri müşahidə olunmur.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu VTB (Azərbaycan) bankının İdarə heyətinin sədri Yevgeni Kirin 2019-cu il üzrə fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, koronavirusun yayılması problemi bankın fəaliyyətinə heç cür təsir göstərməyib. Sədr virusun iki ölkə arasında işgüzar fəallığa təsir göstərmədiyinə əminliyini ifadə edib:
“Təbii ki, biz virusun qarşısının alınması üçün bəzi preventiv tədbirlər görürük, amma işimizə heç biri ciddi təhdid yoxdur və gözlənilmir”.

