Rusiyaya qanunsuz çərəz keçirmək istəyən azərbaycanlılar tutuldu
Rusiyanın Samara vilayətinə qanunsuz meyvə aparan azərbaycanlılar saxlanılıb.
Bu barədə Citytraffic.ru xəbər yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları qanunsuz olaraq Rusiya ərazisinə çərəz, ədviyyat, meyvə keçirmək istəyiblər.
Bu məhsullar onların əl və yük baqajlarında aşkar edilib.
Ümumilikdə, 443 kiloqram olan məhsullar yandırılaraq məhv edilib.

