Cəmiyyət 

“166 Yükdaşıma və Logistika” şirkəti virusa qarşı böhran idarəetməsinə keçib – FOTO

Daim müştərilərini keyfiyyətli və təhlükəsiz xidmət təklif edən “166 Yükdaşıma və Logistika” şirkəti koronavirus (COVİD-19) pandemiyasının müştərilərinə və əməkdaşlarına törədə biləcəyi fəsadlar əleyhinə böhran idarəetməsi rejiminə keçib.

Müştərilərlə birbaşa əlaqədə olan avtomobillər, yük maşınları və evakuatorların profilaktik dezinfeksiyası gücləndirilmiş şəkildə gündəlik həyata keçirilir. Şirkətin bütün əməkdaşlarına şifahi və yazılı şəkildə koronavirusdan müdafiə təlimatları verilib və onlar lazımi bütün tibbi ləvazimatlarla: maska, əlcək, spirt, hidrogen-peroksidlə təmin olunub.

Qabaqlayıcı tədbirlər daxilində şirkət əməkdaşları hər gün işə başlamazdan əvvəl ilkin müayinədən keçir. Şirkətin fəaliyyət göstərdiyi bütün ofislər 166 təmizlik xidmətinin əməkdaşları tərəfindən xüsusi vasitələrlə gündəlik dezinfeksiya olunmağa başlanıb.

Daha çox xəbərlər