Cəmiyyət 

Ər telefonunda yad kişi nömrəsi olan arvadını boşadı- Azərbycanda biabırçılıq

Arb tv- də “Elgizlə izlə” verilişinə nəvələrini gəlinindən almaq üçün ana və oğlu müraciət edib.

ARANTV.AZ xəbər verir ki, qayınana Mahizər xanım və oğlu Yusif Günaydan şikayətçi olduqlarını bildiriblər. Daha sonra gəlininin oğluna xəyanət etməsini dilə gətirən qayınana nəvələrini geri istəyib. Ekspertlər bunu alimenti ödəyə bilmədiyinə görə qarşı tərəfin bəhanəsi kimi dəyərləndirib.

Studiyada gərgin anlar yaşanıb. Belə ki, telefon bağlantısı zamanı Yusif arvadının telefonunda yad kişi nömrəsi tapdığını və buna görə polisə müraciət etdiyini bildirib. Günay isə bu faktı təkzib edərək yoldaşının onu döyməsi səbəbindən gizli olaraq telefon işlətdiyini deyib:

“Namaz adında oğlan mənim iş yoldaşım olub. Mən onunla yalnız parnikdə bir yerdə işləmişəm. Gündəlik pulumu qəpiyinədək qayınanamın ovucuna qoymuşam. Mən əxlaqsız olsaydım, 9 ildir məni niyə saxlayırdılar?”

Yusif isə deyilənləri təkzib edərək Günayın görüşdüyü Namaz adlı oğlan ilə danışdığını bildirib. Yusifin dediyinə görə, Namaz bildirib ki, Günay onun evinə gələrək gizli nömrəsini oğurlayıb.Sonxeber.az

Daha çox xəbərlər