Bakıda quyudan 1 kq-dan çox heroin çıxardılar
Binəqədi rayonu ərazisində 1 kiloqramdan artıq heroin aşkarlanıb.
ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin heroin əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən körpüdəki quyudan aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8800 ABŞ dolları götürülüb.

