Cəmiyyət 

Özünü dənizə atan Nəzakətin ailəsi: “Mənim evimə elçi gəlib, qapımı açan olmayıb”-VİDEO

Xəbər verdiyimiz kimi, Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb.

Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas etsələr də, gənc qız boğularaq ölüb.

ARANTV.AZ  xəbər verir ki, özünü dənizə ataraq intihar etdiyi deyilən Nəzakət Rzazadənin atası Müğdət Rzayev hadisə haqqında danışıb. O, hadisəyə elçi gəlmə donu geyindirənləri yalançı adlandıraraq, onun evinə qızı üçün kimsənin elçi gəlmədiyini bildirib:
“Oğlanın atası mənə zəng edib dedi ki, oğlum qızını qaçırıb. Bundan sonra da qız haradadır bilmirik. Deyirlər ki, guya özünü suya atıb. Qızıma nə olubsa, oğlan bilir”.

Nəzakət Rzazadənin anası da bununla bağlı açıqlama verib:

“Həmin oğlandan var-dövlət istəmirəm, deyirəm qızımı hara atmısan de, axtarıb tapaq, sonra aparıb basdıraq. Mənim evimə elçi gəlib, qapımı açan olmayıb, qızını istəyirəm deyə sifariş də etməyiblər. Elçi qapıya gələr. Mənim qızımın ərə getmək fikri yox idi, ona ləkə yaxırlar. Qızımı qaçırana demək istəyirəm ki, mənim qızımı sevirdinsə, bu həyatda niyə yaşayırsan, sən də öləydin! Mən də yəqin sevirmiş deyərdim”.

 

Sonxeber.az

Daha çox xəbərlər