Azərbaycanda gənc qadın bibiləri tərəfindən döyüldü
Ağstafa rayonunda gənc qadın döyülüb.
ARANTV.AZ-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun Poylu kəndində baş verib.
1994-cü il təvəllüdlü Türkan Hacıyeva döyülmə diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qadının dediyinə görə onu bibiləri döyüb.
Qadına lazımı tibbi yardım göstərilib,vəziyyəti normaldır.
Faktla bağlı polisə məlumat verilib araşdırma aparılır.

