Dünya 

Zaxarovanın brifinqindən əvvəl jurnalistlər müayinədən keçirilir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın həftəlik brifinqindən əvvəl bütün jurnalistlərin temperaturu yoxlanılır.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, mətbuat işçilərini binanın girişində xüsusi geyimdə olan tibb əməkdaşları yoxlayır.

Termokameralar vasitəsilə həyata keçirilən proses bir neçə saniyə davam edir. Bundan başqa, XİN-nin girişində təcili yardım maşınları növbə çəkir.

Qeyd edək ki, dünyada yeni koronavirusa yoluxanların sayı 95 min nəfəri, ölənlərin sayı 3,2 nəfəri ötüb.

Daha çox xəbərlər