Şəhidlə vida mərasiminə deputatlar da qatıldı
Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə bu gün anadan olduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndində torpağa tapşırılıb.
ARANTV.AZ xəbər verir ki, şəhidlə vida mərasiminə Milli Məclisin deputatları Aydın Mirzəzadə və Elman Nəsirov da qatılıblar.
Bu barədə Elman Nəsirov özünün Facebook səhifəsində məlumat yayıb.
Xatırladaq ki, YAP Siyasi Şurasının üzvü olan Elman Nəsirov fevralın 9-da keçirilən parlament seçkilərində 68 saylı Cəlilabad kənd seçki dairəsindən Milli Məclisin deputatı seçilib.Yenisabah.az

