Bəbirdən qaçaraq ağaca çıxan qadını cərəyan vurdu – VİDEO
Hindistanın Uttarakhand ştatında iki qadın meşəyə bitki toplamağa gedib.
“Newsflare”nin yaydığı xəbərə görə, yolda bəbir görən qadınlar yaxınlıqdakı ağaca çıxıblar.
Bu zaman ağacın yuxarısından keçən elektrik naqilindən qadınlardan birini cərəyan vurub.
Xoşbəxtlikdən sağ qalsa da, o, ağacdan enə bilməyib. Qadının köməyinə polis işçiləri gəlib.
Polislər qadını ağacdan endirib və xəstəxanaya aparıblar.

