Lerikdə faciə: Ev uçub, ölən və yaralananlar var – FOTO
Lerikdə faciəli hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, rayonun Çayrud kəndində torpaq sürüşməsi nəticəsində ev uçub.
Kənd sakini Arif Əlirzayevə məxsus olan ev dağılıb.
İlkin məlumata görə, ailə başçısı A.Əlirzayev vəfat edib.
Hadisə nəticəsində ailə üzvlərindən yaralananların olduğu bildirilir.
Oxu.Az

