Cəmiyyət 

Həlak olan əsgərin nəşi Bərdəyə gətirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.

ARANTV.AZ-ın məlumatına görə, onun meyiti ailəsinə təhvil verilib.

Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhidin yaşadığı evdədirlər. “Report”

Daha çox xəbərlər