Cəmiyyət 

Bakıda 39 yaşlı kişi itkin düşdü

Bakının Binəqədi rayonunda Abşeron rayonunun 39 yaşlı sakini Rəşad İsmayıl oğlu İsmayıl itkin düşüb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Verilən məlumata görə, R.İsmayıl martın 7-də saat 21:00-da Binəqədi şossesində yerləşən idman zalının həyətindən sahib olduğu “Mercedes” markalı avtomobili ilə çıxıb.

Bundan sonra 6-cı polis şöbəsinə kömək üçün müraciət edən R.İsmayılın yaxınları onun itkin düşdüyünü bildiriblər. R.İsmayılın axtarışları davam edir.

Daha çox xəbərlər