Hadisə 

Bakıda zəncirvari qəza: Tıxac yarandı

Bakıda zəncirvari qəza baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Moskva prospektində qeydə alınıb.

Qəzaya ara məsafəsinin saxlanılmamasının səbəb olduğu bildirilir.

Belə ki, adıçəkilən yolda hərəkətdə olan “Mercedes C class” markalı avtomobil qarşısında hərəkət edən eyni model maşının “ML” markası ilə toqquşub, həmin avtomobil isə ondan öndə olan digər minik vasitəsinə dəyib.

Hadisə səbəbindən Moskva prospektində tıxac yaranıb.Trend

Daha çox xəbərlər