Hadisə 

Sükan arxasında öldü, maşını başqa avtomobilə çırpıldı

Gəncə şəhərində 63 yaşlı kişi sükan arxasında vəfat edib.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 1957-ci il təvəllüdlü Feyruz Mehdiyev idarə etdiyi “VAZ 2107” markalı avtomobilin sükanı arxasında olarkən ürəktutma keçirib və vəfat edib. Hərəkətdə olan maşın isə yol kənarındakı avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər