Cəmiyyət 

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində növbəti təyinat olub.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Surxay Cəfərov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, bundan əvvəl DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi vəzifəsində işləyib.Oxu.Az

Daha çox xəbərlər