Sumqayıt sakini söyüş üstündə tanışını bıçaqladı — MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Xansuvar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
ARANTV.AZ xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə baxış iclası aprelin 15-nə təyin olunub.
Qeyd edək ki, Xansuvar Abbasov tanışı, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Firodvsi Gülmalıyevi bıçaqlayıb.
Hadisənin şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində baş verdiyi, mübahisəyə isə söyüşün səbəb olduğu bildirilir.
Xansuvar Abbasova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.
Ölkə.Az

