İdman 

Nəriman Abbasovun kəməri müdafiə etmək üçün rəqibi bilindi – FOTO

TT döyüş və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov apreldə “Fight Nights Global” çempion kəmərinin ilk müdafiəsini keçirəcək.

ARANTV.AZ  xəbər verir ki, bu, Azərbaycan MMA-nın 2020-ci ildəki ən gözlənilən hadisəsidir.

Nəriman Mixail Qoqitidze ilə döyüşdə ən güclü yüngül çəkili adını müdafiə etməyə çalışacaq.

Milliyyətcə gürcü olan, ancaq Rusiya vətəndaşı olan Qoqitidze indiyədək 20 döyüş keçirib. 30 yaşlı idmançı bunlardan 14-də qələbə qazanıb, altısında məğlub olub.

Nəriman Abbasovda isə indiyə olan göstərici 24 qələbə və üç məğlubiyyətdir. 26 yaşlı idmançımız ardıcıl doqquz görüşdür ki, döyüşlərdən qalib ayrılır.

Döyüş aprelin 18-də Moskvada “Fight Nights Global 98” turniri çərçivəsində baş tutacaq. Turnirə hazırlıq məşqçi Şəhriyar Abbasovun rəhbərliyi altında aparılır. Təlim-məşq toplanışları Əbdülmanaf Nurməhəmmədov adına Akademiyada və Tailanddakı nüfuzlu “Tiger Muay Thai & MMA” düşərgəsində keçirilib.

Qeyd edək ki, bu döyüşçülər artıq bir dəfə üz-üzə gəlib. Onlar 2018-ci ilin oktyabrın 19-da “Fight Nights Global 90” turniri çərçivəsində görüşüb və döyüş birinci raundda Nəriman Abbasovun xeyrinə başa çatıb.Oxu.Az

Daha çox xəbərlər