Kriminal 

Bakıda kafedə qan töküldü

Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə ötən gün saat 06:20 radələrində Nəsimi rayonunda yerləşən kafelərin birində qeydə alınıb.

Mübahisə zəminində naməlum şəxs 1989-cu il təvəllüdlü G.İbrahimovu döş qəfəsindən bıçaqlayıb və hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılıb və Quba rayon sakini, 1984-cü il təvəllüdlü N.Əkbərov müəyyən olaraq saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb.

Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.Oxu.Az

Daha çox xəbərlər