Ucarda yeni inşa edilən yolda piyada keçidi yoxdur – VİDEO
Yenidən qurulan Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda piyada keçidi yoxdur.
ARANTV.AZ xəbər verir ki, avtomobil yolunun keçdiyi ərazilərdən biri rayonun Qəzyan kəndindəki 2 saylı tam orta məktəbin qarşısıdır.
Sakinlərin sözlərinə görə, yol bərbad halda olduğu zamanlarda buradan avtomobillərin sürətlə hərəkət etməsi dəfələrlə yolu keçən şagirdlərin vurulması ilə nəticələnib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, əsaslı təmir olunan həmin yol ikinci texniki dərəcəli yol olduğu üçün burada hər hansı yeraltı və ya asma piyada keçidinin quraşdırılması nəzərdə tutulmayıb:
“Sadəcə olaraq, bu cür yaşayış massivlərində piyadaların yoldan keçidini təmin etmək üçün zolaqlar çəkiləcək. Həmçinin, sürət həddini göstərən yol nişanları qoyulacaq”.
Baku.Tv

