Hadisə 

Zaqatalada çağırışa gedən təcili yardım maşını qəzaya düşdü: Yaralılar var – FOTO

Zaqatalada çağırışa gedən təcili tibbi yardım maşını qəzaya düşüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə bu gün Zaqatala-Muxax-Yuxarı Çardaxlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Muxax kənd sakini Qurban Mahmudovun idarə etdiyi “VAZ-21064” markalı minik avtomobili ilə çağırış yerinə gedən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin “UAZ” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-21064” markalı avtomobilin sürücüsü Qurban Mahmudov və təcili tibbi yardım avtomobilində olan tibb bacısı Şəlalə Məmmədova xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların müayinəsi aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

APA

Daha çox xəbərlər