Cəmiyyət 

ÜST missiyasının rəhbəri COVID-19-la bağlı Azərbaycana tövsiyələrini açıqladı

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana göndərilmiş missiyası koronavirusa (COVID-19) yoluxmuş şəxslərin vaxtında aşkar olunması və müalicəsini tövsiyə edir”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında ÜST missiyasının rəhbəri Karolina Braun bildirib.

O bildirib ki, koronavirusa hazırlıq və cavab tədbirlərini dəstəkləmək üçün ölkəyə gələn ÜST-ün missiyası virusun yayılmasının qarşısını almaq və bütün pasiyentlərə qayğını optimallaşdırmaq üçün yoluxma hallarının erkən aşkarlanmasının prioritet olmasını tövsiyə edir:

“Çoxsaylı məsləhətləşmələrdən sonra yerli rəsmi qurumlara təqdim olunan tövsiyələr ən yaşlı təcrübələrə əsaslanır. Azərbaycana tövsiyə edirik ki, xəstəlik hallarına erkən reaksiya verilsin, xəstəliyin müalicəsini gücləndirsin”.

O qeyd edib ki, Azərbaycanda olduqları bir həftə ərzində dövlət qurumları ilə görüşlər keçirilib, əsas diqqət yetirilməli məsələlər müzakirə edilib:

“Dövlət qurumları ilə apardığımız müzakirələrə, elmi araşdırmaların nəticələrinə uyğun olaraq tövsiyələrimizi formalaşdırdıq. Xəstəlik hallarının sayı çoxaldığından COVID-19 pandemiya elan olunub. Bu, bizim strategiyalarımızı dəyişdirməyib.

Bəzi ölkələrdə xəstəlik halı qeydə alınmayıb. Profilaktik tədbirlərimizi davam etdiririk. COVID-19-un pandemiya elan olunması ilə ölkələrə çağırış edildi – pandemiya ilə mübarizə aparmaq sahəsində cəhdlərini səfərbər etsinlər”.Oxu.Az

Daha çox xəbərlər