Yas mərasimlərinin keçirilməsi də qadağan olundu
Sabahdan Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.
Bu barədə Axşam.az Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir.
Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.

