Sumqayıtda 20 nömrəli tam orta məktəb üçün yeni bina tikilir
Sumqayıtda şəhər 20 nömrəli tam orta məktəbin tikintisi davam etdirilir. Məktəb üçün bina şəhərin 4-cü mikrorayon ərazisində inşa olunur.
ARANTV.AZ xəbər verir ki, təhsil müəssisəsi 3 mərtəbəli və 1100 yerlik olacaq. Məktəbin yeni binası müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Onu da qeyd edək ki, Sumqayıt şəhərində 20 nömrəli məktəbdən əlavə 9 nömrəli məktəbin 4 tədris korpuslu binasının tikintisi yekunlaşır.AZƏRTAC

