Misirdə koronavirusa yoluxanların sayı 93 nəfərə çatıb
Misirdə daha 13 nəfər COVİD-19 koronavirusuna yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xalid Muqahed bildirib.
Onun sözlərinə görə, ümumilkdə ölkədə 93 nəfər koronavirusa yoluxub, onlardan 8-i xarici ölkələrin vətəndaşıdır.
Nazir qeyd edib ki, yoluxanlarda 21 nəfər tam sağalıb, 2 nəfər isə ölüb.

