Hadisə 

Bakıda toy karvanında “avtoşluq” edən sürücü qəza törətdi – ANBAAN VİDEO

Bakıda toy karvanındakı avtomobillərdən biri qəza törədib.

ARANTV.AZ xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Qəza anı arxadan gələn avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.

Video sosial şəbəkədə paylaşılıb. Görüntülərdə 90-SV-838 qeydiyyat nişanlı, KİA markalı avtomobilin sürücüsünün əvvəlcə küçələrdən birində hərəkət zamanı “avtoşluq” etməsi əks olunub.

Daha sonra eyni hərəkətləri prospektdə təkrarlamaq istəyən sürücü qəzaya səbəb olub.

Oxu.Az

Daha çox xəbərlər