Cəmiyyət 

Saxtalaşdırılan tariximiz: Xəritələrdəki faktlar dövlət qurumları ilə razılaşdırılmalıdır – VİDEO

Xəritələrdə bəzi yanlışlıqların olması kimi hallara tez-tez rast gəlirik.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

“Geodeziya və Kartoqrafiya” MMC-nin direktoru Nazim Süleymanov deyir ki, belə səhvlər xəritələri çap etdirənlərin tarixi məlumatsızlığından qaynaqlanır: “Digər tərəfdən, yanlış məlumatların yer aldığı xəritələr tərtib edilmir, müxtəlif internet saytlarından götürülərək çap edilir”.

Ekspertin sözlərinə görə, bu gün şagirdlərin istifadəsi üçün satılan əksər məktəb ləvazimatları, o cümlədən xəritələr, atlaslar, qlobuslar standartlara cavab vermir: “Eyni zamanda, müxtəlif nəşriyyatların istehsalı olan bu ləvazimatlardakı səhv məlumatların şagirdlərə mənfi təsirləri ola bilər”.

Mütəxəssislər hesab edirlər ki, tarixi xəritələrin çap edilməsi zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır.

 

Daha çox xəbərlər