Hadisə 

Şəmkirdə faciəvi hadisə – 9 yaşlı uşaq öldü

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, martın 15-də saat 21 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Qazax rayon sakini P.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Elmar Nağıyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Publika.az

Daha çox xəbərlər