Balakəndə 25 yaşlı gənci 6 manata görə öldürdülər — MƏHKƏMƏ
Şəki Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə təqsirli bilinən Layicov Zaur Şamil oğlunun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
ARANTV.AZ xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası martın 29-na təyin olunub.
Qeyd edək ki, hadisə Balakən rayonunda baş verib.
Rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcunu istəməsinə görə aralarında mübahisə yaranıb.
Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Zaur Layicov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Ölkə.Az

