SOCAR-ın Belarus üçün neft daşıyan ikinci tankeri Odessaya çatıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məxsus birinci tankerdən neftin bu günlərdə Belarusun Mozır şəhərindəki neft emalı zavoduna çatdırılacağı gözlənilir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu “Belneftexim” dövlət konserninin mətbuat katibi Aleksandr Tişşenko deyib.
O qeyd edib ki, Azərbaycandan gələn ikinci neft tankeri Ukraynanın Odessa limanına çatıb. Bu tankerdən neftin boru kəmərinə ötürülməsi gözlənilir.

