Hadisə 

Bərdədə avtomobil kanala aşdı: Ölən və yaralananlar var

Bərdə rayonunun Lənbərən kəndi ərazisində minik avtomobili kanala aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşaraq su kanalına düşüb.

Avtomobildə olan qadın sərnişin – 1973-cü il təvəllüdlü Həsənova Sədagül Qəşəm qızı həyatını itirib.

Dörd nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Gülüstan qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Mirzəyeva Günel İbrahim qızı, sürücü 1993-cü il təvəllüdlü Xuduzadə Ceyhun İlham oğlu, 1972-ci il təvəllüdlü Həsənova Heyran Kamran qızı və 1991-ci il təvəllüdlü Mirzəyev Səxavət Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanıb.

Daha çox xəbərlər