Kriminal 

Ağdaşda gənc bıçaqlandı

Ağdaş rayonunda 24 yaşlı kişi bıçaqlanıb.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun K.Kərimov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1996-cı il təvəllüdlü Həsənxan Əhmədxanlı ilə həmyerlisi, 1998-ci il təvəllüdlü Vüsal Xəlilov arasında mübahisə yaşanıb.

Yaranan mübahisə zəminində V.Xəlilov bıçaqla H.Əhmədxanlıya xəsarət yetirib. Dörd bıçaq zərbəsi alan H.Əhmədxanlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər