Azərbaycanla Avstrya arasındakı əlaqələr genişləndirilir

ARANTV.AZ xəbər verir ki, Azərbaycanla Avstriya arasında siyasi-iqtisadi sahələrdə əlaqələr  genişlənidirilir.  Bakıda səfərdə olan Avstriya nümayəndə heyəti ilə Nazirlər Kabinetində keçirilən görüşdə əməkdaşlağın bir sıra istiqamətləri müzakirə edilib.

Azərbaycan-Avstriya münasibətləri bir çox sahələrdə  yüksək səviyyədə inkişaf etməkdədir. Avstriya nümayəndə heyəti ilə görüşdə Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov belə dedi.  Onun sözlərinə görə, nümayəndə heyətinin bu dəfəki səfəri də əlaqələrə öz töhfəsini verəcək. Baş nazirin müavini eyni zamanda onu da vurğuladı ki, ölkə başçıları səviyyəsində görüşülər, danışıqlar, eləcə də  digər rəsmi müzakirələr münasibətlərin inkişafına müsbət təsirini göstərib.  Azərbaycana ilk dəfə  gəldiyini, Bakının inkişafı, gözəlliyinə valeh olduğunu qeyd edən Avstriyanın vitse-kansleri Heinz Kristian Strache səfərləri çərçivəsinə nəqliyyat sahəsində  imzalanacaq  bəyannamənin əhəmiyyətini də vurğuladı Qonaq ölkəsinin turizm,  yüksək texnologiyalar sahəsində də əməkdaşlıqda maraqlı oluğunu diqqətə çatdırdı. O, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Avstriyanın problemin ATƏT-in Minsk qrupu çərçivəsinə həllini dəstəklədiyini  bildirdi.