Cəmiyyət 

Həkimlərin maaşları artırılsın – TƏKLİF

“Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər gücləndirilmiş rejimdə işləyir.

“Buna görə də, həkimlərin maaşları ya artırılmalı, ya da əməkhaqqına əlavələr edilməlidir. Digər tərəfdən isə, onlara mükafatlar da verilə bilər”,- deyə M.Quliyev əlavə edib. Oxu.Az

Daha çox xəbərlər