Cəmiyyət Manset 

Qovurğa – bayram xonçasının əvəzolunmaz təamı – VİDEO

Bayram süfrəsini xonçasız təsəvvür etmək mümkün deyil. Bayram xonçasında səməninin, ailə üzvlərinin sayına uyğun şam, boyanmış yumurta, paxlava, şəkərbura, şorqoğalı və çərəzlərin olması vacib sayılır. Xonçaya qoyulanların üzərinə isə buğdadan hazırlanmış qovurğa səpilir.

Cənub bölgəsində, xüsusilə, ilaxır çərşənbədə süfrələrə mütləq qovurğa hazırlanıb qoyulur. Bu təam nənələrimizin uzun illərdən bəri hazırladığı ləzzətli çərəzdir.

Çərşənbə axşamı 7 növ bitki dənindən qovurğa qovururlar. Əsasən də buğda, qarğıdalı, noxud, günəbaxan tumu və küncütdən istifadə olunur. Qovurğa bərəkət rəmzidir.

Novruz bayramının ən önəmli günü ilaxır çərşənbə hesab olunur. Həmin gün hər kəs evində, ailəsinin yanında olmalıdır.

İnanca görə, kim bayramı evində keçirməsə, 7 il doğma ocaqda bayram etmək ona qismət olmayacaq. Biz də sizə doğmalarınızla birgə şən bayram keçirməyinizi və xoş əhval-ruhiyyədə olmağınızı arzu edirik.

Bayramınız mübarək olsun!

 

Daha çox xəbərlər