Siyasət 

Spikerdən Qənirə Paşayevaya irad: “Mən pis vəziyyətə qalıram”

Milli Məclisin iclasında parlamentin spikeri Sahibə Qafarova deputat Qənirə Paşayevaya irad bildirib.

ARANTV.AZ-ın məlumatına görə, irad reqlamentlə bağlı olub.

Belə ki, Q.Paşayeva çıxış üçün müəyyən olunmuş üç dəqiqəni danışıb. O, daha sonra əlavə bir dəqiqə istəyib. Lakin Q.Paşayeva bir dəqiqədən də çox danışıb. Bu zaman onun mikrofonu söndürülüb.

Milli Məclisin sədri S.Qafarova isə deyib:

“Xahiş edirəm, reqlamentə əməl edin. Sonra mən pis vəziyyətdə qalıram”. Oxu.Az

Daha çox xəbərlər