Vyetnamda qırıcı təyyarə qəzaya uğradı — 2 ölü
Vyetnam hərbi hava qüvvələrinə məxsus “Su-22” qırıcısı qəzaya uğrayıb.
ARANTV.AZ xəbər verir ki, Vyetnamın şimalında baş verən insident nəticəsində 2 pilot həlak olub.
Qeyd edilir ki, təyyarə Txo Syuan rayonundakı San-Vanq hava limanından havaya qalxıb və sınaq uçuşu həyata keçirib. Kabində olan Manx Tri və Fam Cian Nam adlı zabitlər həlak olub.
Qırıcı Nqean vilayətinin təpəlik ərazisinə çırpılıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Ölkə.Az

