Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi açıldı
Gəncə Dövlət Universitetinin dekan müavini Anar Yusifov barəsində cinayət işi başlanıb.
ARANTV.AZ xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.
A.Yusifovun barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.Oxu.Az

