Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində) Səfirliyi təsis ediləcək.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Portuqaliyada (Lissabon şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli, Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
