Bakıda iki maşın toqquşdu: Üç nəfər xəsarət aldı – VİDEO
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri – Baksol yolunda qeydə alınıb. Minik avtomobili ötmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub.
Toqquşmanın gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.
Hadisə şahidləri bildiriblər ki, adıçəkilən yolda qısamüddətli tıxac yaranıb. Qəza yerinə Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.Trend

