Dünya 

Monteneqroda koronavirusa yoluxanların sayı artıb

Monteneqroda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 8 nəfərə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Monteneqronun İctimai Səhiyyə İnstitutunun direktoru Boban Muqoşa deyib.

B.Muqoşa bildirib: “Ölkədə altı yeni virus halı təsdiqlənib, onlardan beşi ilk iki yoluxan şəxslə ünsiyyətdə olan şəxslərdir, daha biri isə yeni haldır. Yoluxanların ümumi sayı 8 nəfərə çatıb. Bu, epidemiyanın genişləndiyindən xəbər verir”.

İnstitut direktoru vətəndaşları həkimlərin göstərişlərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.

Daha çox xəbərlər