Afinada yanğından sonra növbəti fəlakət
Yunanıstanda baş verən dəhşətli yanğından sonra ölkədə indi də sel fəlakəti yaşanıb.
ARANTV.AZ xəbər verir ki, təbii fəlakət paytaxt Afinanın şimalında qeydə alınıb.
Məlumata görə, hadisə yerinə çoxlu sayda xilasetmə dəstələri göndərilib. Sürücülərə bölgədən uzaq durmaları xahiş olunub, Afinanın şimalına gedən yolun bir hissəsi nəqliyyatın hərəkətinə bağlanıb.axar.az

