Dünya 

Yaşlılar oturmasın deyə skameykaları sökdülər – FOTOLAR+VİDEO

Türkiyədə koronavirusa yoluxanların sayının 191 nəfər olduğu bildirilir.

Bütün xəbərdarlıqlara baxmayaraq bəzi yaşlılar evlərindən çıxır, toplu halda vaxt keçirirlər. 

ARANTV.AZ  xəbər verir ki, Türkiyənin Dənizli əyalətində bələdiyyə xəbərdarlığa əməl etməyən yaşlılar üzündən fərqli addım atmağa başlayıb.

Belə ki, bələdiyyə üzvləri  parklardakı skameykaları yığışdırmağa başlayıb. Hətta əyalətdəki “Bayram Yeri Meydanı”nda olan bütün skameykalar sökülüb.

Ümumilikdə həmin əyalətdə 20 skameykanın söküldüyü bildirilir.

Daha çox xəbərlər