Rusiya bu ölkələrin vətəndaşlarının ölkəyə gəlməsinə icazə verdi
Rusiya MDB dövlətlərinin vətəndaşlarının ölkəyə gəlməsinə icazə verib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Nazirlər Kabinetindən məlumat verilib.
Xatırladaq ki, Rusiyada martın 18-dən mayın 1-dək əcnəbilərin ölkəyə girişi qadağan edilib. Lakin Nazirlər Kabinetindən bildiriblər ki, qadağa MDB ölkələrinin vətəndaşlarına aid deyil. Nazirlər Kabineti bu barədə müvafiq sərəncam imzalayıb.

