Cəmiyyət 

Uşaqlar gələcəyimizdir

ARANTV.AZ xəbər  verir ki, Uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması həyata keçirilən dövlət siyasətində mühüm yer tutur. Uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilib, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb, respublikamızın hər bir bölgəsində tikilib istifadəyə verilən müasir uşaq baxçaları uşaqların təhsili və intellektual inkişafı istiqamətində mühüm rol oynayır. 

Xırdalanda fəaliyyət göstərən 17 saylı uşaq bağçasında balaca fidanlar himnimizi, milli musiqi və rəqslərimizi, nağıllarımızı, dövlət atributlarımızı öyrənirlər. 13 qrupluq, 255 yerlik baxçada  uşaqların bilik və bacarıqlarının formalaşması, onların asudə vaxtlarının əyləncəli təşkili üçün hər cür şərait yaradılıb.

Uşaqların  ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət məktəbə hazırlığında bağçaların rolu əvəzsizdir. Burada uşaqlar yaşlarına görə qrupa bölünürlər. Hər qrupun da özünə məxsus məşğələ proqramı var. Gündəlik bu proqrama uyğun məşğələlər keçirilir. Baxçada uşaqların təlim tərbiyyəsi ilə 26 tərbiyəçi, 3 musiqi rəhbəri məşğul olur.

Dövlət tərəfindən keyfiyyətli ərzaq məhsulları ilə təmin olunan  bağçada bütün yeəklər təmiz, gigiyenik şəraitdə hazırlanır. Gələcəyimiz olan uşaqlar üçün yaradılan şərait valideynlərin də ürəyincədir.   

Bura isə bağçanın musiqi zalıdır. Hazırladıqlarını rəqs nömrələrini təqdim edən balacalar yeni tədris ilinə şən əhval ruhiyyədə  başladılar.

Daha çox xəbərlər