Cəmiyyət 

“Avtomobil Yollarının Mühafizə Xidməti” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dəstək verilməkdə davam etdirilir.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Prezident İlham Əliyevin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib.

Daha çox xəbərlər