Dünya 

Daha bir ölkədə fövqəladə vəziyyət elan edilir

Tailandda martın 26-da fövqəladə vəziyyət elan olunacaq.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri, general Prayut Çan-Oça deyib.

O bildirib ki, bu addım Tailandda koronavirus epidemiyasının qarşısını almaq məqsədilə atılır.

Nazirin sözlərinə görə, fövqəladə vəziyyət rejimi elan olunduğu andan qüvvəyə minəcək.

Qeyd edək ki, bu günədək Tailandda 827 nəfərə koronavirusa yoluxub, 4 nəfər vəfat edib.

Daha çox xəbərlər